Dünya

ABŞ konsulluğuna bombalı hücum (VİDEO)

Metbuat.az

Şimali İraq Kürd Administrasiyasının paytaxtında güclü partlayış törədilib.



ANS PRESS-in məlumatına görə, terror aktı Ərbildəki ABŞ konsulluğunun binası yaxınlığında edilib.



Partlayış zamanı xeyli təhlükəsizlik əməkdaşları və vətəndaşların yaralandığı bildirilir.



Kamikadze vasitəsi ilə həyata keçirilən partlayışdan sonra təhlükəsizlik əməkdaşlarının havaya atəş açması panikaya səbəb olub. Əraziyə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub.



Partlayış zamanı ABŞ Konsulluğunun qabağında kafelərin yanması və havaya atılan atəşlər diplomatik korpusda da həyacana səbəb olub.



Ərbil polisi terror hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat açıqlamayıb.



Mənbə
ANS PRESS