ABŞ İranın hərbi müdaxiləsinə imkan verməyəcək (VİDEO)
Amerika Birləşmiş Ştatları İranın Yəməndəki hərbi münaqişəyə müdaxilə etməsinə icazə verməyəcək.
ANS TV-nin məlumatına görə, “Reuters” agentliyindən bildirilir ki, bu sərt ismarışı Birləşmiş Ştatların dövlət katibi Con Kerri BBC telekanalına müsahibəsində səsləndirib. Kerri deyib ki, Yəmən prezidenti Əbdrəbbu Mənsur Hadini ölkədən qovan husi üsyançılarına İrandan gələn dəstək Amerika Birləşmiş Ştatlarına yaxşı məlumdur.
"Biz münaqişə axtarmırıq. Lakin müttəfiqlərimizi də tək buraxmayacağıq. Biz İranın mümkün fəaliyyətindən özünə qarşı təhlükə hiss edənlərə dəstəyimizi davam edəcəyik. ABŞ İran tərəfdən özünə təhlükə ilə üzləşən Yaxın Şərq ölkələrinə dəstək verəcək”-deyə Con Kerri bildirib.
Bundan əvvəl İranın “Press TV” telekanalının məlumatına görə, İran Səudiyyə Ərəbistanı və müttəfiq dövlətlərin husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi mövcudluğunu qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib. İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, “Alborz” dağıdıcı gəmisi və “Buşehr” köməkçi gəmisi Ədən körfəzinə göndərilib.
ANS TV, Elgiz Nəbili