Dünya

ABŞ-ın yeni Kuba qərarı

Metbuat.az

Amerika Birləşmiş Ştatları (ABŞ) Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarılamsı barədə qərar verib.



ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obamanın Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarılması barədə konqresə məktub ünvanlamasından sonra ABŞ dövlət katibi Con Kerri də bu barədə yazılı açıqlama yayıb.



Açıqlamada bildirilir ki, Ağ Ev rəhbəri dövlər katibinə bu istiqamətdə çalışmağı və 6 ay içərisində ona hesabat verməsi barədə təlimat verib.



C.Kerri Kubanın 1982-ci ildə terrora dəstək verən ölkələr siyahısına salınmasını xatırladaraq, o vaxtdan bu yana çox şeyin dəyişdiyini sözlərinə əlavə edib.

Mənbə
ANS PRESS