Dünya

ABŞ-ın “Schlumberger” şirkəti daha 11 min əməkdaşını işdən çıxaracağını açıqlayıb

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Dünyanın ən böyük neft şirkətlərindən olan “Schlumberger” daha 11 min əməkdaşını işdən çıxaracağını açıqlayıb.


AZƏRTAC

xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb. Bildirilir ki, şirkətin Şimali Amerikada həyata keçirdiyi fəaliyyətlərindəki azalma səbəbindən “Schlumberger” çalışanlarını işdən çıxarmaq qərarı alıb.


“Schlumberger”in rəhbər idarəçisi Pal Kibsqard məsələyə münasibət bildirərək qeyd edib ki, xüsusilə Şimali Amerikadakı fəaliyyətimizdəki azalma bizi bu ilin birinci yarısında bəzi tədbirlər görməyə məcbur buraxdı. Əlavə əhəmiyyətlər çərçivəsində 11 min işçinin işdən çıxarılması kimi çətin bir qərar aldıqlarını ifadə edən Kibsqard bu dövrdə ümumi iş gücündə 15 faiz azalma olduğunu bildirib.


85 ölkədə fəaliyyət göstərən şirkətin bu il işdən çıxarmağı planlaşdırdığı işçi sayı 20 minə çatıb. “Schlumberger”nin hazırda təxminən 120 min işçisi var.