Ölkə

ABŞ-ın nüvə silahı qorxusu, Pentaqon hərəkətə keçdi

Metbuat.az

Şimali Koreya nüvə başlığı daşıya bilən KN-08 ballistik raketlərinin yeni nəslini hazırlayıb.



ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Şimal Komandanlığının komandiri, admiral Bill Qotney açıqlama verib.



Onun sözlərinə görə, Şimali Koreya ABŞ-a nüvə hücumları həyata keçirə biləcək qitələrarası ballistik raketlərə sahibdir.



Admiral həyəcan təbili çalaraq bildirib ki, ABŞ təcili şəkildə bu raketlərə qarşı tədbirlər görməlidir: "Şimali Koreyanın nüvə silahları ilə bağlı fəaliyyətləri yaxından izlənməlidir. Bu nüvə başlıqlı raketləri ABŞ-da hədəfləri dəqiqliklə vura bilmə qabliyyyətinə malikdir", - deyə amerikalı admiral bildirib.



Qeyd edək ki, Şimali Koreya 2006-cı ildən bu yana nüvə silahları üzərində işlər aparır və bu günə qədər 3 atom bombası sınağı həyata keçirdiyi bildirilir. KN-08 ballistik raketlərinin isə 2012-ci ildə rəsmi şəkildə təqdimatı olub.

Mənbə
ANS PRESS