Dünya

ABŞ-dan İrəvanı üzəcək xəbər

Metbuat.az

ABŞ dövlət departamenti 1915-ci ildə Osmanlı imperiyası dönəmində baş vermiş hadisələri müzakirə edib.



ANS PRESS-in məlumatına görə, ABŞ dövlət departamenti 1915-ci il hadisələrini soyqırım kimi qəbul etməyib.



"ABŞ prezidenti və adminstrasiyanın digər yüksək vəzifəli nüümayəndələri qeyd edilən hadisələri tarixi fakt kimi adlandırıblar. Qeyd olunub ki, 1915-1918-ci illərdə Osmanlı imperiyasında 1,5 miliyon insan həyatını itirib, 800 min insan qaçqın düşüb", - deyə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib.



Mari Harf Roma papasının son qalmaqallı bəyanatını şərh edərkən də "soyqırım" sözünü işlətməyib.

Mənbə
ANS PRESS