Dünya

ABŞ-da silahlı insident: ölən var

Metbuat.az

ABŞ-ın Şimali Karolina ştatında silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qoldsboro şəhərində yerləşən kollecdə qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum şəxsin təhsil ocağının kitabxanasında açdığı atəş nəticəsində 1 nəfər ölüb.

Polis kollecin ərazisini əhatəyə alıb. Hazırda cinayətkarın tutulması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.