ABŞ-da polisin qaradərili vətəndaşı öldürməsi ilə bağlı yeni qalmaqal yaşanır
Bakı, 8 aprel,
AZƏRTACABŞ-da qaradərili vətəndaşı güllələyən ağdərili polisə qarşı ittiham irəli sürülüb. Maykl Sleycer adlı polis isə 50 yaşlı Uolter Skottu avtomobilinin arxa fənərinin qırıq olması səbəbi ilə saxladığını, qaradərilinin bu zaman ona hücum çəkdiyini iddia edir.
AZƏRTAC
Euronews telekanalına istinadla xəbər verir ki, The New York Times qəzeti öz saytında hadisə yerində təsadüfi şəxs tərəfindən çəkilən vedeogörüntünü yerləşdirdikdən sonra hökumət bununla bağlı cinayət işi açmaq qərarına gəlib. Həmin videoda qaradərili silahsız şəxsin ona arxadan atəş açan polisdən qaçmağa çalışdığı əksini tapıb.
Asayiş keşikçiləri tərəfindən qaradərili insanlara tətbiq edilən lüzumsuz güc keçən il ağdərili polisin Sent-Luisin kənarındakı Ferqüson şəhərində Afrika əsilli gənci güllələməsindən sonra ABŞ-da ən kəskin mövzulardan birinə çevrilib.