Dünya

ABŞ-da kollecdə naməlum şəxs atəş açıb, ölən var

Metbuat.az

ABŞ-ın Şimali Karolina ştatında silahlı insident baş verib.



APA

-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qoldsboro şəhərində yerləşən kollecdə qeydə alınıb.



İlkin məlumata əsasən, naməlum şəxsin təhsil ocağının kitabxanasında açdığı atəş nəticəsində 1 nəfər ölüb.



Polis kollecin ərazisini əhatəyə alıb. Hazırda cinayətkarın tutulması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.



Milli.Az