Dünya

ABŞ-da 3 yaşlı uşaq 1 yaşlı körpəni güllələyib

Metbuat.az

[ 13 Aprel 2015 11:35 ]


Bakı – APA. ABŞ-da 3 yaşlı uşaq 1 yaşlı körpəni güllələyib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Klivlend şəhərindən təsadüf nəticəsində baş verib.

Güllə yarası almış körpə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məlum olub ki, atəş açmış 3 yaşlı uşaq təsadüfən evdə tapança tapıb. Uşaqların qohum olub-olmadığı açıqlanmır.

Silahı nəzarətsiz yerə qoyan vətəndaşın isə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilir.