Digər
Milli.Az
9 il axtardılar, ölüsünü tapdılar
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 4 həftə əvvəl tapılmış meyidin şəxsiyyəti müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılmış meyidin 2006-cı ilin iyun ayında itkin düşmüş Sabirabad rayon sakini
Mərifət İsmayılovolması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az