Digər

6 azərbaycanlı Yəməndən çıxıb

Metbuat.az

Yəməndən Rusiya və MDB ölkələri vətəndaşlarının təxliyəsi aprelin 4-də davam edəcək.


ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Hava məkanı vasitəsilə Rusiya humanitar reys marşrutlarının keçəcəyi dövlətlərlə aktiv iş aparılır.



Aprelin 3-nə keçən gecə Moskvadan iki xüsusi reys vasitəsilə Yəməndən 311 nəfər təxliyə edilib. Onlardan 152-si Rusiya, 47-si Özbəkistan, 16-sı Belarus, 8-i Ukrayna, 6-sı Azərbaycan, 4-ü Qırğızıstan, 4-ü isə Moldova vətəndaşıdır.



Rusiyanın Yəməndəki səfirliyindən isə müraciət edənlərə kömək ediləcəyi deyilib. "Bəziləri ölkəni tərk etmək istəmirlər. Ədəndə yeni siyahı hazırlanacaq. Səfirlik əməkdaşları işlərini davam etdirəcəklər".



Qeyd edək ki, dünən 2 Azərbaycan vətəndaşı Rusiyanın köməyi ilə Sənan şəhərindən Moskvaya təxliyə olunub.



Mənbə
ANS PRESS