Digər

5 illik arvadını 8 yerindən bıçaqladı - VİDEO

Metbuat.az

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində kirayədə yaşayan

Elçin Babayev

5 ildir ki, ailə qurduğu həyat yoldaşını bıçaqlayıb. Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, 8 bıçaq yarası alan 3 övlad anası qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.



Qanlı hadisəni törədən şəxs hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.



Saxlanılan şəxs: "Dalaşdıq bir-iki dəfə. Mən dedim belə, o dedi belə, heç bir şey, başqa nə problem olacaq ki. Ailə içidir. "Prosta", mən də əsəbiləşdim, götürdüm vurdum onu. Çıxıb qaçırdım, gördüm yoldan polis maşını gəlir. Gizlənmək istədim, alınmadı" 



Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.