Digər

42 yaşlı qusarlını qonşusu bıçaqladı

Metbuat.az
Qusar rayonunda bıçaqlanma faktı qeydə alınıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Gədəzeyxur kənd sakini 1973-cü il təvəllüdlü Bədəlxanov Əsəd Vahid oğlu bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.
 
Qusar rayon Polis Şöbəsindən bildirilib ki, Ə. Bədəlxanov qonşusu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.
 
Hazırda onu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Milli.Az