Dünya

41 yaşlı qadın bu fotolara görə təhdid edildi - FOTO

Metbuat.az
Öldürür, sonra gülərək şəkil çəkdirir...

Amerikalı ovçu

Rebekka Fransis

öldürdüyü heyvanlarla gülərək şəkil çəkdirdiyinə görə təhdidlər alıb.

Anspress

-in məlumatına görə, sosial mediada şəkillərini paylaşan 41 yaşlı Rebekka çoxlarının qınaq obyektinə çevrilib.



Sonuncu dəfə o, bir zürafəni öldürüb. Sonra isə onun yanına uzanaraq gülərək şəkil çəkdirib. Onu qınayanların əksəriyyəti heyvan haqları müdafiəçiləri olublar.



Lakin məşhur komik aktyor

Riki Gervais

də bu şəkillərə biganə qalmayıb. O, öz Tvitter hesabında Rebekka Fransisin ölmüş zürafə ilə şəklini paylaşaraq belə bir fikir də bildirib: "Həyatında nə baş verə bilər ki, səni gözəl bir heyvanı öldürməyə sonra isə yanında gülərək uzanmağa vadar etsin".



8 uşağı və 8 nəvəsi olan Rebekka isə tənqid edildiyini bildiyini deyib. O, öz saytında hətta hamilə və yeni doğulmuş heyvanları ovladığını da bildirib.



Milli.Az