Sosial
Qafqazinfo
Milli.Az
40 milyard sərvəti olan ərəb şeyxinin Bakıdakı FOTOları yayıldı
Bu gün Azərbaycana rəsmi səfəri planlaşdırılan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi
Şeyx Muhammed Bin Rəşid əl-Maktumun bir neçə ay öncəki Bakı səfərinin fotoları yayılıb.
Qafqazinfo
xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan səfərin görüntüləri İnstagram-da yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi 18 milyardlıq sərvəti olan
Hamdan Muhammed Bin Rəşid əl-Maktumda Azərbaycanda səfərdə olmuşdu. Onu da əlavə edək ki, Hamdan ibn Muhammed əl Maktum Muhammed Bin Rəşidin ikinci oğludur. Belə ki, 2008-ci ildə şeyxin böyük oğlu
Rəşid ibn MuhammedDubay taxt-tacından imtina etdikdən sonra varislik hüququ avtomatik olaraq qardaşına keçmişdi.
Milli.Az