Ölkə

3 erməni muzdlu ölüm ayağındadır

Metbuat.az

Spitakda baş vermiş qəza nəticəsində ağır yaralar aldığı bildirilən 8 erməni muzdlu əsgərindən 3-nün vəziyyəti həddindən ağırdır.



ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat kitabı Arsrun Ovanisyan bildirib ki, ağır yaralı 3 əsgər İrəvandakı mərkəzi hərbi hospitala gətirilib.



“Hər dəqiqə müxtəlif tibbi müdaxilələr edilir”, - deyə Arsurun Ovanisyan bildirib.



Aprelin 17-də baş vermiş hadisə zamanı hərbi “Ural” markalı avtomobilin dərəyə yuvarlandığı və 1995-ci il təvəllüdlü muzdlu əsgər Artyom Tovmasyanın öldüyü bildirilir.


Mənbə
ANS PRESS