Ölkə

29 futbolçu və klub üzvləri ağır yaralandı

Metbuat.az

Mərakeşdə ağır yol qəzası baş verib.



ANS PRESS-in məlumatına görə, Mərakeş birinciliyində mübarizə aparan "Şabab Atlas Henifra" klubunun futbolçularını aparan avtobus "Şabab Rif Al-Hosyema" komandası ilə səfər oyunundan qayıdırkən qəzaya uğrayıb.



Qəza nəticəsində ən azı 29 nəfər yaralanıb.



"Şabab Atlas Henifra"nın prezidenti İbrahim Oaba bildirib ki, komandanın qapıçısı Lusin Zana ağır yaralanaraq komaya düşüb.

Mənbə
ANS PRESS