Digər
Milli.Az
23 yaşlı qız dəm qazından zəhərlənib
Gəncədə yaşayan Sumqayıt şəhər sakini dəm qazından zəhərlənib.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından
APA-ya verilən məlumata görə, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü
Lətafət Qurbanovadəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.
Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.
Milli.Az