Ölkə

2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”


elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


AZƏRTAC

xəbər verir ki, Sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.


Nazirlər Kabinetinə isə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.