Dünya

2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Fransanın xüsusi xidməti 2011-ci ildən Malidə girovluqda olan hollandiyalı Sjaak Rijkeni azad ediblər.


"Report"un Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, Fransa hərbçiləri onun aprelin 6-sı səhər sdaatlarında Malinin şimalındakı ucqar rayonda azad edildiyini deyirlər.


Prezident Fransua Olland əməliyyat zamanı bir neçə yaraqlının öldürüldüyünü, digərlərinin isə əsir götürüldüyünü deyir.


Rijken 2011-ci ilin noyabrında Timbuktudakı yataqxanada İsveç vətəndaşı Johan Gustafsson və Cənubi Afrika vətəndaşı Stephen Malcolmla birlikdə oğurlanmışdı.


Amma onların taleyi barədə məlumat verilmir. Rijkenin videosunu sonuncu dəfə Əl Qaidə 2014-cü ilin noyabrında yaymışdı.


Onun səhhətinin normal olduğu bildirilir.


Fransa ordusu 2013-cü ilin yanvarında Əl Qaidə ilə əlbir olan birləşmələri Malidən çıxarıb. Hazırda bu ölkədə 3 minədək Fransa əsgəri var.