Ölkə

2 gün Xorvatiya prokurorluğunda

Metbuat.az

Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiya prokurorluğunda olublar.



Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər aprelin 8-dən 10-dək tarixlərində baş tutub. Səfərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.



Səfər cərçivəsində Xorvatiya Respublikasının Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.



Tədbirlərdə Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini bildirib. Bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında səmərəli əməkdaşlıq etdiyini xüsusi qeyd edib. Həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.



Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib. Mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Mənbə
ANS PRESS