Digər
Milli.Az
18 yaşlı sürücü avtomobillə ağacı kökündən qopardı
Bu gecə saat 01:00 radələrində Gəncə şəhərində ağır yol qəza hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhər sakini 18 yaşlı
Elçin Məmmdəov"Hyundai" markalı avtomobillə Gəncə çayının sağ sahili ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili ağaca çırpıb.
Nəticədə avtomobil tam yararsız hala düşüb iri gövdəli ağac kökündən qoparaq aşıb. Sürücü isə müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.
Milli.Az