Digər
ANS PRESS
117 yaşlı bu qadın Obamanı istəyir
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan planetin ən qoca sakini ad günü planından danışıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Arkanzas ştatında yaşayan Qertruda Uiver adlı 117 yaşlı sakin ölkə prezidenti Barak Obamanı üç ay sonra qeyd edəcəyi ad gününə dəvət edib. Bu barədə “Associated Press” xəbər yayıb.
Planetin ən yaşlı sakini olan qadının indi sadəcə bir arzusu var: o da ki, ad günündə B.obama ilə görüşmək.
“O, həqiqətən də president Obama ilə görüşməyi arzulayır. Bu qadın iki dəfə seçkidə ona səs verib, - deyə qadının hazırda qaldığı səhiyyə mərkəzinin nümayəndəsi Keti Lenqli bildirib.
Qeyd edək ki, ötən gün 117 yaşlı yaponiyalı Misao Okavanın dünyasını dəyişməsilə planetin ən yaşlı sakini statusu Qertruda Uiverə keçib.
MənbəANS PRESS