Dünya

1 ton kokain daşıyan təyyarə qəzaya uğradı

Metbuat.az

Venesuelanın Koxedes ştatında göyərtəsində 1 tona yaxın kokain olan təyyarə qəzaya uğrayıb.



APA

-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər və ədliyyə naziri Nestor Reverol bildirib.


 


Onun sözlərinə görə, hadisə yerində 3 nəfərin meyidi və 1 tona yaxın kokain aşkarlanıb. Ehtimala görə, mafioz qruplaşmalar təyyarədən narkotik maddələrin daşınması üçün istifadə ediblər.


 


Hazırda polis qəzanın başvermə səbəbləri və təyyarənin sahibinin müəyyən edilməsi üçün müvafiq tədbirlər həyata keçirir.



Milli.Az