Digər

1 aprel zarafatı "BMW"yə baha başa gəldi

Metbuat.az

Qəzetdə nəşr etdirdiyi 1 aprel zarafaı Yeni Zellandiyada fəaliyyət göstərən “Team McMillan” adlı “BMW” dillerinə baha başa gəlib. ANS PRESS-in məlumatına görə, hər il qəzetdə 1 aprel zarafatı eləməyi ənənə halına gətirən diller firma, səhər tezdən köhnə maşınını gətirənə ilk şəxsə “BMW”nin axırıncı modelini hədiyyə edəcəklərini elan edib.



Elanı görən bir çox qəzet oxucusu bunun şit bir zarafat olduğunu başa düşsə də Tianna Marş oxuduqlarını ciddi qəbul edərək səhər saat 05.30-da 15 illik köhnə “NİSSAN” avtomobili ilə firmaya gedib. Şirkətin sahibi elandan xəbəri olmadığını desə də Marşın təkidi ilə qarşılaşıb.



Nəhayət Tianna Marşa son model “BMW” avtomobili verilib. Şirkət rəhbəri, “Heç kim xanım Marş qədər bu avtomobilə layiq olmamışdı” – deyib.



Yeni avtomobilin buferinə isə “Zarafat deyil” yazılıb.


Mənbə
ANS PRESS