Digər

"07" darvazaya çırpıldı

Metbuat.az

Şəkidə yol-qəza hadisəsi baş verib. Şəhər sakini

Rəhimov Rəvan Qurban oğlu

nun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı həyət evlərindən birinin dəmir darvazasına çırpılıb.



"Kanal S" (Region TV) xəbər verir ki, nəticədə avtomobilin ön hissəsi yararsız hala düşüb. Sürücü Rəhimov Rəvan və onun sərnişini

Cahangirov Orxan Paşa oğlu

müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şəki Təcili Təxirəsalınmaz Tibbi Yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.



Milli.Az