Digər

Ziyafət Əsgərov: "Düşmənin təxribat qruplarının hücum cəhdləri iki səbəblə əlaqədardır"

Metbuat.az

Mili Məclis sədrinin müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri

Ziyafət Əsgərov

Ermənistanın təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücum cəhdlərinə münasibət bildirib



APA

-nın məlumatına görə, Z. Əsgərov deyib ki, bu cəhdlərin iki səbəbi var. Onun fikrincə, ilk səbəb Ermənistanın həqiqətən çökməkdə olması ilə bağlıdır: “Ermənistanda olan cinayətkar-kriminal rəhbərlik erməni xalqının diqqətini yayındırmaq üçün belə təxribatlara əl atır. İkincisi, həqiqətən Azərbaycanın artan nüfuzundan, siyasi imicindən və ordusundan qorxurlar. Artıq onlar hiss etməyə başlayıblar ki, Azərbaycan sözün həqiqi mənasında real olaraq nə deməkdir. Ona görə də belə təxribatlara əl atırlar. Lakin təxribatlara çox gözəl cavablar verilir, gələcəkdə də belə olacaq. Azərbaycan ordusu çox qüdrətlidir, inşallah, ordumuzun qələbəsini də görəcəyik”.



Milli.Az