Digər

Zaqatalada yol qəzası baş verib, xəsarət alan var - FOTO

Metbuat.az

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.



Zaqatala rayon Polis Şöbəsindən

APA

-ya verilən məlumata görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.



1987-ci il təvəllüdlü, Zaqatala rayonu Mamrıx kənd sakini

Mübarək Nəriman oğlu Şabanov

idarə etdiyi “VAZ 21014” markalı, 62 BF 256 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən, 1969-cu il təvəllüdlü Qax rayon sakini

Yaşar Ramiz oğlu Paşayev

in idarə etdiyi “Sprinter” markalı 99 GU 634 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınını arxadan vurub. Qəzadan sonra Yaşar Paşayevin idarə etdiyi yük maşını yolun kənarına aşıb. Mübarək Şabanovun idarə etdiyi minik avtomobili isə yolun kənarındakı kolluğa girib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü Mübarək Şabanov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.



Zaqatala RMX-dan verilən məlumata görə, yol qəzası nəticəsində xəstəxanaya daxil olan Mübarək Şabanova qapalı kəllə-beyn travması və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.



Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.



Milli.Az