Digər

Zaqatalada ikimərtəbəli ev yanıb

Metbuat.az

[ 25 Mart 2015 20:26 ]


Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi  rayonun  Əli Bayramlı kəndində  Abbas Zübeyri oğlu Şıxıyevə məxsus,  ümumi sahəsi 264 kv/m olan ikimərtəbəli 11 otaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası cə canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsində və evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları  90 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər tikillər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.