Ölkə

Zaqatalada idmanın müxtəlif növləri üzrə rayon birinciliyi keçirilib

Metbuat.az

Zaqatala, 5 mart,

AZƏRTAC

Zaqatala rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir.


AZƏRTAC

xəbər verir ki, rayon gənclər və idman idarəsinin tədbirlər planına uyğun olaraq, martın 2-dən 5-dək Uşaq-Gənclər İdman Məktəbində oğlan və qızlar arasında voleybol və basketbol üzrə rayon birinciliyi keçirilib. 200-dək məktəblinin qatıldığı yarışlarda rayonun Maqov, Paşan, Suvagil və Aşağı Tala kənd məktəblərinin komandaları fərqləniblər.


Şahmat Məktəbində isə şahmat və dama üzrə rayon birinciliyi təşkil olunub. Yarışlarda 60-dan çox yeniyetmə idmançı iştirak edib.


Tədbirlər planına uyğun olaraq, martın 5-də Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyinə də start verilib.