Digər

Zakir Həsənov Xorvatiya və Sloveniyada hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Metbuat.az

Azərbaycan Respublikası müdafiə nazirinin Xorvatiya və Sloveniyaya rəsmi səfəri başlayıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Trend

-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik

Zakir Həsənov

Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.



Müdafiə naziri Xorvatiya Respublikasının müdafiə naziri

Ante Kotromanoviç

in dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının müdafiə naziri

Yanko Veber

in dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.



Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.



Milli.Az