Ölkə

Zakir Həsənov "Mixaylo"nun məzarı üstdə (FOTO)

Metbuat.az

Sloveniya Respublikasında rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.



Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.



Sonra müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.



Qeyd edək ki, Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunub.















Mənbə
ANS PRESS