Ölkə

“Yurdum bu gün” mövzusunda esse müsabiqəsi keçiriləcək

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Yurdum bu gün” mövzusunda esse müsabiqəsi keçiriləcək.


ATGTİ-dən

AZƏRTAC

-a bildiriblər ki, məqsəd tələbə-gəncləri Qarabağın tarixi, mədəniyyəti, etnoqrafiyası barədə publisistik yazılar hazırlamağa həvəsləndirməkdir.


Ekspertlər tərəfindən seçiləcək üç ən yaxşı məqalənin müəlliflərinə Bakıdakı orta məktəblərin birində yazıları haqda şagirdlərə seminar keçmək imkanı yaradılacaq. Qaliblər, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


Müsabiqədə iştirak etmək arzusunda olan gənclər yazılarını aprelin 15-dək “zruslanoglu@gmail.com” ünvanına göndərməlidirlər.