Yunanlar yenə küçələrə töküldü
Yunanıstanda həbsxanalarda aclıq aksiyasına başlayan məhkumlara dəstək aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, paytaxt Afinada toplaşan təxminən 500 nəfərlik qurup parlament binasının da olduğu “Sintaqma” meydanına yürüş edib.
Yürüş zamanı özlərini “İqtidar əleyhdarı anarxiyaçılar” adlandıran aksiyaçılarla polis qüvvələri arasında insident baş verib.
Aksiyaçıların daşlı və dəyənəkli hücumlarına çevik qüvvət polisi göz yaşardıcı qazla cavab verib.
İnsident zamanı aksiyaçılar bank şöbələrinə, avtobus dayanacaqlarına, telefon köşklərinə ziyan vurub, ictimai nəqliyyata məxsus avtobusun şüşələrini sındırıb, 2 xüsusi avtomobili isə od vuraraq yandırıblar.
Xatırladaq ki, Yunanıstan hökuməti Ədliyyə nazirliyinin müzakirəyə çıxarmaq istədiyi “F” tipli (fərdi) həbsxana qanununa etirasz edən bir çox məhkum aclıq aksiyasına başlamış, bir müddət sonra aksiya ölkənin bir çox həbsxanalarında yayılmağa başlamışdı.
Mənbə
ANS PRESS