İdman

Yunanıstan futbolunda növbəti qalmaqal yaşanıb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Futbol üzrə Yunanıstan kuboku yarışlarının dörddəbir finalında AEK və “Olimpiakos” arasında keçirilən matçın son dəqiqələri gərginliklə yadda qalıb.


AZƏRTAC

xəbər verir ki, “Olimpiakos”un görüşün 89-cu dəqiqəsində hesabı açmasından sonra ev sahibi komandanın azarkeşləri meydana daxil olublar. İlk görüşdə 1:1 hesabı qeydə alındığından bu nəticə “Olimpiakos”u növbəti mərhələyə yüksəldirdi. Nəticədən narazı qalaraq meydana daxil olan AEK-in çılğın azarkeşlərini sakitləşdirməyin çətinliyini görən hakim oyunun təxirə salındığını elan edib.


Qeyd edək ki, daha öncə superliqanın 25-ci turunda keçirilən “Panatinaykos” – “Olimpiakos” matçında baş verən analoji hadisə səbəbindən görüş yarımçıq dayanmış və çempionat oyunları təxirə salınmışdı.