Digər

Yol xəttlənəcək, hərəkət dayanacaq

Metbuat.az

Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.



Azəryolservis ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmədən Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri həyata keçiriləcək.



Bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Mənbə
ANS PRESS