Ölkə

Yevlaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.


Nazirliyin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq kompleksinin, istixana və bağçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvə qurutma müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.


Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.