Ölkə

Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Martın 19-da Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, Yevlax rayonunun Yuxarı Qarxun kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 metr 728 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 425 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.


Həmin gün Şamaxı rayonunun Dağ Bağırlı kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 metr 913 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 276 sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Tərtər rayonunun İsmayılbəyli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə qeyd edilmişdir ki, 300 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18 min 899 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Tədbirlərdə çıxış edənlər yaşadıqları kəndlərin “mavi yanacaqla təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.