Dünya
Yerevanda həftənin üç günü etiraz aksiyası keçiriləcək
Ermənistanın “Nairit” kimya zavodunun keçmiş əməkdaşları hər həftənin bazar ertəsi, cümə axşamı və şənbə günü Prezident administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək haqqında düşünürlər.
Milli.Az APA-ya istinadən bildirir ki, onlar bu addımı hakimiyyətin keçmiş işçiləri unutmaması üçün atacaqlarını bildiriblər.
Onlar prezidenti qarşılamaq üçün bazar ertəsi səhər 09:00-da Baqramyan prospekti və Dəmirçiyan küçəsində toplaşmaq niyyətindədirlər.
Milli.Az