İdman

Yeni qol vurmaq metodu

Metbuat.az

“Liverpul”un hücumçusu Mario Balotelli hücumda olan şanssızlığını qırmaq üçün maraqlı bir metoda əl atıb.



ANS PRESS-in məlumatına görə, o, klubun Meluvuddakı təlim-məşq bazasında keçən mövsüm “Liverpul” forması ilə 33 oyuna 31 qol vuran Luis Suarezin köhnə butslarını tapıb.



Uruqvaylı ulduza zəng vuraraq onun butsularını geyinmək istədiyini bilidrən Balotelli uğursuzluğun bununla geridə qalmasını düşünür. Luis Suarez öz butslarını Balotellinin geyinməsinə icazə verib.



“Milan”dan 16 milyon funt sterlinqə alınan “Super Mario” bu mövsüm Premyer Liqada rəqib qapılarına bir dəfə yol tapıb.

Mənbə
ANS PRESS