Yəməndə vəziyyət gərginləşir - VİDEO
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri bu gecə də Yəməndə husi üsyançılarının mövqelərini bombalayıb
ANS TV-nin məlumatına görə, aviazərbələr zamanı paytaxt Sənanın hava limanı ətrafı hədəf seçilib. Həmin bölgələrdə husi üsyançılarına məxsus bazaların olduğu güman edilir.
Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəklədiklərini bəyan ediblər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi
Con Kerrihusi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib.
Rusiya prezidenti
Vladimir Putinisə iranlı həmkarı
Həsən Ruhaniilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Hələlik İranın husi üsyançılarına dəstək olan yeganə ölkə olduğu iddiaları var. Bir qədər əvvəl İranın xarici işlər naziri
Məhəmməd Cavad Zərifrəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb edirdi.
Ölkədəki zorakılıqlardan qaçmadığı deyilən Yəmən prezidentinin Səudiyyə Ərəbistanına sığındığı xəbəri də yayılıb. Ötən gün Yəmən liderini paytaxt Ər-Riyadda ölkənin müdafiə naziri şahzadə
Məhəmmədqarşılayıb.
Milli.Az