Dünya

Yəməndə toqquşmalar: 38 ölü

Metbuat.az

Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və  şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News-Arabia” telekanalı məlumat yayıb.

Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.