Dünya

Yəməndə super güclər üz-üzə (FOTO)

Metbuat.az

Yəməndə baş verənlər dünya gündəminin əsas mövzusu olaraq qalır.



ANS PRESS-in məlumatına görə, Qatarın "Əl-Cəzirə" kanalı Yəmən məsələsində ölkələrin tutduğu mövqeləri təhlil edib.



Kanal Yəməndə yaşananları Səudiyyə Ərəbistanı-İran gərginliyi adlandırıb.



Yəməndə əməliyyata qatılan, qarşı çıxan və dəstəkləyən ölkələrin adları açıqlanıb.



Hərbi əməliyyata qatılan ölkələr: Səudiyyə Ərəbistanı, Qatar, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Sudan, Mərakeş, Misir, İordaniya.



Kanalı bildirir ki, sabah Misirdə toplanacaq Ərəb Birliyi Yəmən üçün Ərəb Ordusunun yaradılması barədə qərar verəcək.



Əməliyyatı dəstəklədiyini söyləyən ölkələr: ABŞ, Türkiyə, Fransa, Böyük Britaniya, Belçika, Fələstin



Əməliyyatı tənqid ölkələr: İran, Rusiya, Suriya, Livan (Hizbullah), İraq



Mənbə
ANS PRESS