Dünya

Yəmən XİN rəhbəri: “Üsyançılara qarşı hərbi əməliyyat bir neçə gün davam edəcək”

Metbuat.az

[ 27 Mart 2015 17:42 ]



Bakı – APA. “Şiə üsyançılarına qarşı beynəlxalq hərbi əməliyyat bir neçə gün davam edəcək”.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Yəmən xarici işlər naziri Riyad Yasin çıxış edib.

“Düşünürəm ki, əməliyyat çox çəkməyəcək. Fikrimcə, daha bir neçə gün tələb olunacaq”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, Yəməndə şiə üsyançıları (husilər) ilə hökumət qüvvələr arasında toqquşmalar davam edir.