Dünya

Yəmən prezidenti Misirə rəsmi səfərə gəlib

Metbuat.az

[ 27 Mart 2015 21:31 ]



Bakı-APA. Yəmən prezidenti Abd Rabbu Mənsur Hadi Ərəb Ölkələri Liqasının sammitində iştirak etmək üçün Misirin Şərm-əş-Şeyx şəhərinə gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onu hava limanında Misirin prezidenti Abdel Fattah əs-Sisi qarşılayıb.

Ərəb Ölkələri Liqasının zirvə toplantısı martın 28-29 keçiriləcək. Məlum olduğu kimi, Ərəb Ölkələri Liqası Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini dəstəkləyib.