Ölkə

​Yazıçı Seymur Baycan gəncləri Milli Şuranın mitinqində iştirak etməməyə çağırıb

Metbuat.az

Bakı. 31 mart. REPORT.AZ/ Yazıçı-publisist Seymur Baycan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı gənclərə müraciət edib.


"Report"un məlumatına görə, S.Baycan gəncləri mitinqdə iştirak etməməyə çağırıb. "20 ildir, insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız, sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm".


S.Baycan müraciətində Milli Şuranın sədri

Cəmil Həsənli

nin hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu, xalq yazıçısı

Anar Rzayev

i müdafiə etdiyini və onu "dostum" adlandırdığını xatırladıb. Yazıçı bu səbəbdən də Cəmil Həsənlini qeyri-ciddi və prinsipsiz adam adlandırıb. "Mitinqə aparmağa adam lazımdırsa, indi qoy Cəmil Həsənli zəhmət çəkib, Azərbaycan Yazıçılar Birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz, daha yaxşı olar", - S.Baycan əlavə edib.