Ölkə

Yasamalda idman zalı yanıb

Metbuat.az

Bakının Yasamal rayonunda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub.

Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.