Ölkə

Yasamal rayonunda yanğın olub

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

Yasamal rayonunda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, hadisə zamanı 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb.


Qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub.


Alov saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.