Dünya

Yasa yığışanları ölü şoka saldı

Metbuat.az

Almaniyanın Helzenkirhen şəhərində öldüyü hesab olunan 92 yaşındakı bir qadın tabutda oyanıb.


 


Publika.az

xarici mediaya istinadən xəbər verir ki, qocalar evində qalan qadın yatağında hərəkətsiz halda tapılıb.


 


Qocalar evinin həkimi qadının öldüyünə dair hesabat verib. Dəfn mərasiminə hazırlığın davam etdiyi bir vaxtda tabutdakı qadının gözlərini açması insanları şok edib. Qadın dərhal xəstəxanaya aparılıb və hadisə barəsində polisə xəbər verilib.


 


Qocalar evinin müdiri

Loter Burger

həkimin qadının öldüyünü təsdiqlədiyini deyib. “Bu qorxunc bir hadisədir. İndi hər kəs məni parçalayacaq”, - o bildirib.



Milli.Az